Ruhban təbəqəsi
Ruhanilər — müəyyən bir din daxilində ruhaniliyi peşə olaraq icra edən bütün insanlara verilən addır. Əvvəlcə xristian terminologiyasına aid olan ruhanilik anlayışı bəzən digər dinlər üçün də istifadə olunur.
Ruhban insanlardan uzaqlaşaraq dünyanın ləzzətlərini tərk edən və ifrat şəkildə ibadət etməyə həsr olunmuş insanlar deməkdir. Ruhban və rahib eyni kökdən gələn ərəb dilli sözləridir.
İsa peyğəmbərin ölümündən sonra, bəzi xristianlar üzləşdikləri təzyiq və qəddarlıqlara görə ictimai həyatdan təcrid olundular və əldə etdikləri xüsusi yerlərə çəkildilər və özlərini ibadətə həsr etdilər. Bu təcrübə tədricən bir həyat tərzi olaraq xristianlıqda yerləşdi.
Bu gün məzhəblər arasında fərqlər olsa da, ruhanilərin yalnız kiçik bir hissəsi monastır həyatlarını davam etdirirlər.
Yalnız kişilər arasından seçilir.
Ruhanilər xüsusi bir dini təhsil alır,
Xüsusi geyimləri var,
Dini mərasimlərə rəhbərlik etmək və dini mətnləri şərh etmək səlahiyyəti verilmişdir, bəzi məzhəblərdə mərasimləri latın dili və yunan dili kimi dini mətnlərin ilk tərcümələrinin dillərində keçirirlər.
“Ruhaniliyi” bir “peşə” olaraq seçir, ömrü boyu özünü bu işə həsr edir, çörəyini bu işdən qazanır,
İyerarxik bir strukturda yerləşir, bu struktura zidd hərəkət edərsə, sanksiyalarla üzləşə bilər,
Dini təfsirlərdə, ictimai və siyasi mövzularda həmkarları və iyerarxik təşkilati quruluşla tam həmrəylik içində olacağı gözləntisi var.